Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

IST nümayəndəsi Ayşən Yunusli IMO təqaüd proqramını uğurla başa vurdu

IST-in Dəniz Təlimləri şöbəsinin müdiri Ayşən Yunusli, Beynəlxalq Dəniz Təşkilatı (International Maritime Organization – IMO) tərəfindən təqdim olunan təqaüdü qazanaraq “Women’s Leadership and Empowerment (WLE)” proqramını uğurla başa vuran ilk azərbaycanlı qadın olub.

Sözügedən proqram Beynəlxalq Dəniz Təşkilatı (IMO), Dünya Dəniz Universiteti (World Maritime University – WMU)Qadınlar Beynəlxalq Dənizçilik və Ticarət Assosiasiyası (WISTA International) tərəfindən birgə həyata keçirilir. Proqramın əsas məqsədi dənizçilik sahəsində qadın liderlərin potensialını gücləndirmək, onların qərarvermə və idarəetmə proseslərində daha fəal iştirakını təşviq etməkdir.

Bu nailiyyət təkcə fərdi uğur deyil, həm də Azərbaycanın dənizçilik sahəsində qadın liderliyinin möhkəmlənməsi və ölkəmizin beynəlxalq arenada artan nüfuzunun göstəricisidir.