1 İyun Uşaq Günü: IST-dən Kinderland-də Xüsusi Bayram Tədbiri
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə IST-in təşəbbüsü ilə Deniz Mall-da yerləşən Kinderland-də uşaq evlərində və sığınacaqlarda yaşayan uşaqlar, eləcə də qazi ailələrinin övladları üçün xüsusi bayram proqramı təşkil olunub.
Gün ərzində uşaqlar əyləncəli fəaliyyətlərdə iştirak edərək sevinc dolu anlar yaşayıb və unudulmaz xatirələr qazanıblar. Bu təşəbbüsün əsas məqsədi onların bayram sevincini bölüşmək, qayğı və diqqəti hiss etdirmək olub.