IST və MARSOL GROUP arasında Memorandum imzalanıb.
28 iyul tarixində “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) ilə MARSOL GROUP arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin baş direktoru İbrahim Zeynallı və “MARSOL GROUP”-un direktoru Bilal Qasımlı imzalayıblar.
Memorandumun məqsədi “MARSOL” partnyorları arasında sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) sahəsində məlumatlılığın artırılması, hüquqi və əməliyyat risklərinin erkən müəyyən edilməsi, təkmilləşdirmə istiqamətlərinin təqdim olunması və təhlükəsizlik mədəniyyətinin təşviqinə dəstək göstərməkdir. Əməkdaşlıq çərçivəsində maarifləndirici və məsləhət xarakterli fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.