Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

IST və Proqress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC ilə “Proqress Təlim və Tədris Mərkəzi Əlavə Təhsil Müəssisəsi” MMC arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

İmzalanmış müqavilə çərçivəsində tərəflər əməyin mühafizəsi, texniki təhlükəsizlik və sağlamlıq, ətraf mühitin mühafizəsi və menecmenti (SƏTƏMM) sahələrində birgə təlim proqramlarının təşkili, peşəkar inkişaf təşəbbüslərinin həyata keçirilməsi və bilik mübadiləsinin aparılması üzrə əməkdaşlıq edəcəklər.

Bu əməkdaşlıq təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə, müasir təlim metodlarının tətbiqinə və mütəxəssis potensialının artırılmasına töhfə verməyi hədəfləyir.