Maxcoach Ön Yükləyicisi

Ana sehife

Təlimin əhəmiyyəti

Təlimlər işçilərin məlumat bazasını genişləndirmək üçün əla fürsətdir, lakin indiki şəraitdə bir çox sahibkar belə inkişaf imkanlarını bahalı hesab edir. Biz isə bu düşüncəni dəyişirik.

Kreativ

İş mühitində təhlükəsizliyi tam təmin etmək üçün kreativ həllər təqdim edirik

Sizə yaxın

Dünya standartlarına uyğun təlimləri sizin üçün ölkəmizə gətirdik.

Vaxtında

Biz verdiyimiz sözün üzərində durur və təlimlərimizi vaxtında bitirib, maksimum nəticəni əldə edilik.

Onlayn sertifikat

Təlimlərimizdən əldə etdiyiniz sertifikatı istənilən anda onlayn olaraq yoxlaya bilərsiniz.

Qarantiya və dəstək

Təlimlərimiz müddətində sizə maksimum dəstək göstərilir və xüsusi metodlarla maksimum nəticənin əldə ediləcəyinə qarantiya veririk.

İnkişaf yönümlü

İnkişaf və müştəri məmnuniyyəti əsas dəyərlərimiz olduğu üçün özümüzü də daim inkişaf etdirir və təlim şəraitimizi yaxşılaşdırırıq.

Bu gün işdə uğur qazanmaq üçün yaxşı bir təlimə ehtiyacınız var

Niyə məhz IST Services?

IST Services olaraq yanaşmamız müştərilərimiz üçün güclü, məqsədyönlü təhlükəsizlik məvhumlarını qoruyub saxlamaqdan ibarətdir. Əməkdaşlarımız əməyin mühafizəsi sahəsində prosedur və təlimin bütün aspektlərində istedadlıdırlar. Biz etdiyimiz işləri sevirik və bu, verdiyimiz qərarlarda özünü göstərir. Müştərilər bizi seçirlər, çünki biz ən təcrübəli təlim kursları təqdim edirik və həyata keçiririk, sahənin ən yaxşı qiymətini təklif edirik. Biz şirkətlər və müştərilərimizin işlədikləri ətraf mühitin qorunması sahəsindəki vəzifələrini başa düşürük. Müştərilərimizin biznes ehtiyaclarını tam və əhatəli qarşılamaq, onlara həll təmin etmək üçün geniş xidmət portfeli yaradır və sənaye ekspertləri ilə əlaqələr qururuq.

Öhdəliyimiz

Biz əməyin Mühafizəsi üzrə təlimlər keçirməyə, əməyin mühafizəsi mədəniyyətini yaratmağa və dəstəkləməyə çalışırıq. Mədəniyyətimizi yaratmaq üçün biz ətraf mühiti və insanların təhlükəsizliyini qoruyuruq, onlar üçün təlimlər keçiririk. Şirkətimiz fəaliyyət göstərdiyimiz ölkələrin qanun və qaydalarını anlayır, izləyir və dəstəkləyir. Neft-mədən sektorunda sıfır travmatizm bizim əsas məqsədimizdir. Məqsədimizə nail olmaq üçün biz əhatəli əmək mühafizəsi idarəetmə sisteminə sahib olmaq və onu prosesimizə tətbiq etməyə çalışırıq.

Vizyonumuz

“Sıfır hadisə ilə quraşdırma” bizim inanclarımızın əsasını təşkil edir. Biz fəxr edirik ki, əməyin mühafizəsi sahəsində yüksək standartlara malikik və cəmiyyətin qayğısına qalırıq.

Onlar bizi niyə seçir?

Müştərilərimizin fikirləri

Yüksək səviyyəli keçirilən təlimlər

Şirkətiniz tərəfindən təşkil edilən bütün təlimlər zamanı təlimin keyfiyyəti və digər məsələlərlə bağlı heç bir narahatlıq olmadı. Təşəkkürlər.
Zafar Safarov
QHSE Manager, AzerGold

Əməkdaşlarındakı fərqi hiss edən müştərimiz

Əməkdaşlarımızın qatıldığı təlimdən və əməkdaşlarınızın bizə göstərdiyi xidmətdən çox məmnun olduq.
Vasif Azimzada
Operation Manager, Bakı Abadlıq Xidməti

Bölgələrdə keçirilən təlimdə də keyfiyyət eynidir

Təlim rayonumuzda keçirilib və treninqlə bağlı heç bir narahatlıq olmayıb. Sağ olun.
Elchin Mammadov
HR Manager, Cnim Azerbaijan

Axtardığı təlimləri bizdə tapan müştərimiz

2-ci yüksəklik səviyyəsində təhsil almaq üçün Sizə göndərilmiş əməkdaşlarımız tədrisin keyfiyyətindən və sizin təqdim etdiyiniz xidmətdən çox razı qaldılar. Həmçinin axtardığımız xüsusi təlimləri şirkətinizdə tapa bilərik. Sağ olun.
Nigar Mahmudova
Training Manager, Bos Shelf

Əməkdaşlıq etdiyimiz şirkətlər

Xəbər lentimizə abunə ol

Xəbər lenti abunəliyimizə qeydiyyatdan keçmək üçün e -poçt ünvanınızı daxil edin və qeyd olun!

Bu sayt NS Studio tərəfindən hazırlanmışdır.