Welcome to Industrial Support & Traning Services

HAQQIMIZDA

İNDUSTRİAL SUPPORT AND TRAİNİNG SERVİCES
(İST SERVİCES)  ƏLAVƏ TƏHSİL MƏRKƏZİ
 

Industrial Support and Training Services (IST Services) Əlavə Təhsil Mərkəzi bir qrup peşəkar mühəndislər, təhlükəsizlik üzrə mütəxəssislər və insan resursları menecerləri tərəfindən yaradılmış təşkilatdır. Bizim məqsədimiz neft-qaz və digər sənaye müəssisələri əməkdaşlarına yüksək səviyyəli, peşəkar təlimlərin həyata keçirilməsini təmin etməkdir.

İST Services ümumi SƏTƏM, yükqaldırma, transport və logistika, xilasetmə, dənizdə sağqalma, müxtəlif peşə təlimləri, mühəndislik, qida təhlükəsizliyi və s  təlimlər həyata keçirir.

Qayəmiz – gördüyümüz hər bir işdə müştərilərimizin istəklərini nəzərə alaraq, onların məmnuniyyətini qazanmaqdır. Bunun üçün müştərilərimizi dinləyir, cavablandırır və onların gözləntilərindən artığını etməyə çalışırıq.

Mərkəzimizin yüksək xidmət səviyyəsi müştərilərimiz üçün yaratdığımız həllərin keyfiyyətində, məhsul və  xidmətlərimizdən əldə etdiyimiz dəyərdə öz əksini tapmaqdadır. Xidmətimizi ən yüksək standartlara uyğun yerinə yetirir,

gördüyümüz işi bütün aspektlərdən davamlı inkişaf etdirmək üçün  daim yollar axtarırırq.

Əməkdaşlarımıza müvafiq sahələrdə təlimlər verməklə onların daha çox inkişafına nail olmağa çalışırıq. Hər bir vəzifəyə uyğun ən yaxşı namizədi axtarıb, işə cəlb edirik. Şirkətimiz yüksək ixtisaslı mütəxəssislər tərəfindən İSO 9001:2015 keyfiyyət idarəetmə sistemi ilə idarə olunur.