IST və PMO.az arasında əməkdaşlıq görüşü keçirilib.
“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC (IST) və PMO.az-ın rəhbərliyi və əməkdaşlarının iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.
Əməkdaşlıq çərçivəsində peşəkar təlim proqramlarının təşkili, layihələrin hazırlanması və idarə olunması, korporativ inkişaf həllərinin təqdim edilməsi, eləcə də yerli və beynəlxalq layihələrin planlaşdırılması və icrası istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.