Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

IST rəsmi GWO təlim provayderi statusuna layiq görülüb

12 mart tarixindən etibarən Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi (IST) qürurla elan edir ki, GWO Basic Safety Training (BST) Standartı üzrə rəsmi akkreditə olunmuş təlim provayderi kimi tanınmışdır.

Global Wind Organisation (GWO) aparıcı külək turbin istehsalçıları və operatorları tərəfindən yaradılmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Onun əsas məqsədi qlobal külək enerjisi sektorunda təhlükəsizlik standartlarını yüksəltmək və təhlükəsiz, xəsarətsiz iş mühitinin formalaşmasına dəstək verməkdir.

GWO külək turbin texniklərinin qarşılaşdığı real risklər və əməliyyat çətinlikləri əsasında standartlaşdırılmış təlim tələbləri hazırlayır. Bu standartlar sahədə çalışan bütün mütəxəssislərin öz vəzifələrini effektiv şəkildə yerinə yetirməsi üçün zəruri biliklərə, praktiki bacarıqlara və təhlükəsizlik üzrə yetkinliyə malik olmasını təmin edir.

GWO tərəfindən rəsmi təsdiq olunmuş təlim provayderi statusunu əldə etməklə, IST təlim keyfiyyəti, təlimçilərin peşəkarlığı və infrastruktur standartları üzrə ciddi beynəlxalq tələblərə cavab verdiyini sübut edir. Bu nailiyyət qlobal ən yaxşı təcrübələrə uyğun, yüksək keyfiyyətli və sahəyə uyğun təlimlərin təqdim edilməsinə sadiqliyimizi təsdiqləyir.

IST hazırda həm külək enerjisi sahəsinə yeni daxil olanlar, həm də beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuş GWO Basic Safety Training proqramlarını təqdim edir. Təlim proqramlarımız nəzəri bilikləri praktik məşğələlərlə birləşdirərək iştirakçıların real iş şəraitinə tam hazır olmasını təmin edir.

IST-də GWO təlimlərini uğurla başa vuran bütün iştirakçılar təlim qeydlərinin saxlanıldığı rəsmi qlobal platforma olan WINDA məlumat bazasında qeydiyyata alınır. WINDA qeydiyyatı iştirakçının GWO standartlarına uyğun tələb olunan bilik və bacarıqlara yiyələndiyini təsdiq edən və beynəlxalq səviyyədə qəbul olunan sübut hesab olunur.

IST Təlim Mərkəzi olaraq biz təhlükəsizliyyi, peşəkarlığı və karyera imkanlarını artıran dünya səviyyəli təlimlər təqdim etməklə bərpa olunan enerji sektorunda insan resurslarının inkişafına töhfə verməyə sadiqik.

Külək enerjisi sektorunda qlobal karyera imkanlarından yararlanmaq və beynəlxalq standartlara tam uyğun hazırlıq keçmək üçün mərkəzimizin təşkil etdiyi GWO training proqramına qoşula və onlayn qeydiyyatdan keçə bilərsiniz.