FAQ

Tez-tez verilən suallar.

Yüksəklikdə iş zamanı ikili ip sistemindən (əsas iş ipi və ehtiyat təhlükəsizlik ipi) istifadə mütləqdir. Bundan əlavə, işçilər xüsusi təhlükəsizlik kəmərləri (harness), dəbilqə və digər Fərdi Mühafizə Vasitələri (FMV) ilə təchiz olunmalıdırlar. Bütün bu qaydalar və xilasetmə manevrləri IST təlim poliqonlarında praktiki şəkildə öyrədilir.

Əsas tələblər 18 yaşdan yuxarı olmaq, fiziki cəhətdən sağlam olmaq və yüksəklik qorxusunun (akrofobiya) olmamasıdır. Namizədlər sağlamlıq haqqında tibbi arayış təqdim etdikdən sonra IRATA standartlarına uyğun praktiki və nəzəri təlimlərimizə qoşula bilərlər.

Bəli, IRATA (Sənaye Alpinizmi üzrə Beynəlxalq Dərnək) sertifikatı bütün dünyada qəbul edilən və sənaye alpinizmi sahəsində ən ali standart hesab olunan beynəlxalq akkreditasiyadır. IST təlim sənayesində nüfuzlu qüvvə olaraq IRATA üzvüdür və təlimlərimiz bu qlobal standartlara tam cavab verir.

Bəli, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürənlər iş yerlərinin attestasiyasını (təhlükəsizlik, sanitar-gigiyenik normalara və əməyin mühafizəsi tələblərinə uyğunluğunun yoxlanılmasını) həyata keçirməyə borcludurlar. Bu qaydalara riayət edilməməsi qanunvericiliklə müəyyən edilmiş cərimələrə səbəb ola bilər. IST mütəxəssisləri müəssisəniz üçün bu prosesi tam qanuni və peşəkar şəkildə təşkil edir.

SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) sertifikatı iş yerində təhlükəsizlik qaydalarını və risklərin idarə olunmasını peşəkar səviyyədə mənimsədiyinizi təsdiq edən sənəddir. IST Təlim Mərkəzində həm yerli, həm də beynəlxalq standartlara (IOSH, CIEH) uyğun SƏTƏM kursları tədris olunur. Təlimlərdə iştirak edib, yekun imtahanı uğurla keçərək bu sertifikata sahib ola bilərsiniz.

SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) — iş yerlərində işçilərin sağlamlığının qorunması, təhlükəsiz iş şəraitinin təmin edilməsi və fəaliyyət zamanı ətraf mühitə vurula biləcək zərərin minimuma endirilməsi üçün tətbiq edilən kompleks qaydalar və standartlar sistemidir. Beynəlxalq təcrübədə bu sistem HSE (Health, Safety, and Environment) adlanır.

IST olaraq işçi təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək üçün qlobal standartlara cavab verən Fərdi Mühafizə Vasitələrinin (FMV / PPE) satışını həyata keçiririk. Ehtiyacınız olan yüksək keyfiyyətli xüsusi iş geyimləri, qoruyucu dəbilqələr, yüksəklikdə iş üçün təhlükəsizlik kəmərləri, qoruyucu eynəklər və digər ləvazimatlarla saytımızdakı onlayn kataloq vasitəsilə rahatlıqla tanış ola bilərsiniz. Məhsulları birbaşa kataloqdan seçərək komandamızla əlaqə saxlaya bilərsiniz.

Bəli, IST olaraq işçi təhlükəsizliyini tam təmin etmək məqsədilə qlobal standartlara cavab verən Fərdi Mühafizə Vasitələrinin (FMV / PPE) satışını həyata keçiririk. Şirkətlər və fərdilər yüksək keyfiyyətli xüsusi iş geyimləri, qoruyucu dəbilqələr, yüksəklikdə iş üçün təhlükəsizlik kəmərləri, qoruyucu eynəklər, əlcəklər və digər zəruri təhlükəsizlik ləvazimatlarını bizdən sifariş edə bilərlər.


 

Mərkəzimiz tədrislə yanaşı, şirkətlərin texniki və təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün birbaşa peşəkar sənaye xidmətləri də təklif edir. Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Sənaye Alpinizmi (Rope Access) Xidmətləri: Çətin əlçatan yerlərdə və yüksəklikdə təmir, quraşdırma, texniki baxış, boyama və təmizlik işlərinin IRATA standartlarına tam cavab verən peşəkar mütəxəssislərimiz tərəfindən təhlükəsiz şəkildə həyata keçirilməsi.

  • SƏTƏM (HSE) Xidmətləri: Müəssisələr üçün peşəkar SƏTƏM siyasətinin qurulması, iş yerlərinin attestasiyası, texniki təhlükəsizlik auditi, risklərin qiymətləndirilməsi və sənədləşdirmə işlərinin aparılması.

  • Külək enerjisi və bərpa olunan enerji sektorunda təhlükəsizlik təlimləri (GWO standartları əsasında)

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) və İş yerlərinin attestasiyası

  • Yükqaldırma əməliyyatları (Rigging and Lifting)

  • Xilasetmə və Sənaye Alpinizmi (Rope Access)

  • Dənizdə sağqalma və Dənizçilik kursları (STCW)

  • Sənaye avadanlıqlarının istismarı (Forklift, Kran, Ekskavator və s.)

  • Elektrik təlimi, Mühəndislik və Sənaye xidmətləri

  • Nəqliyyat, Logistika və Qida təhlükəsizliyi

Təlim sənayesində qlobal standartları tətbiq etmək əsas prioritetimizdir. Biz qlobal miqyasda tanınan bir sıra nüfuzlu təşkilatların akkreditasiyasına və üzvlüyünə sahibik. Bunlara daxildir:

  • GWO (Global Wind Organisation) – Külək energetikası və bərpa olunan enerji sahəsində qlobal təhlükəsizlik standartları

  • IRATA (Sənaye Alpinizmi üzrə Beynəlxalq Dərnək)

  • LEEA (Yükqaldırma Avadanlıqları Mühəndisləri Assosiasiyası)

  • AITT (Sənaye Yük Maşınları Təlimçiləri Assosiasiyası)

  • IOSHCIEH (Ətraf Mühit və Sağlamlıq İnstitutu)

  • Eləcə də IMCA, IADCCPD sertifikatlaşdırmaları.

IST texniki təhlükəsizlik sahəsində ölkənin öncül və lisenziyalı Əlavə Təhsil Mərkəzidir. 5 ildən artıqdır ki, fəaliyyət göstərən mərkəzimiz neft-qaz, sənaye, tikinti və dənizçilik sektorlarında çalışan mütəxəssislər, eləcə də bu sahələrdə karyera qurmaq istəyənlər üçün yüksək səviyyəli peşəkar təlimlər həyata keçirir.