Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

SƏTƏM Xidmətləri – Təhlükəsizlik və Əməyin Mühafizəsi

SƏTƏM Xidməti – İşçi Sağlamlığı və Təhlükəsizlik Həlləri

SƏTƏM xidməti İST tərəfindən işçi sağlamlığı, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə cavab vermək məqsədilə hazırlanmışdır. Biz müəssisələrin davamlı inkişafı və etibarlı fəaliyyətini təmin etmək məqsədilə çevik və tam xidmət paketləri təklif edirik. Peşəkar komandamızla birlikdə, iş mühitində sağlamlıq və təhlükəsizlik mədəniyyətinin qurulmasına dəstək göstəririk.

Təhlükəsizlik Xidmətlərimiz

Təhlükəsizlik xidməti çərçivəsində təqdim etdiyimiz əsas həllər bunlardır:

  • SƏTƏM sisteminin qurulması və işə icazə sistemlərinin tətbiqi

  • SƏTƏM mütəxəssislərinin təqdim olunması, sistemə nəzarət (layihə, rüblük və ya aylıq əsasda)

  • Risklərin identifikasiyası və qiymətləndirilməsi (HAZOP, HIRA, JRA və s.)

  • ISO 45001, ISO 9001, ISO 14001 uyğunluğu və audit dəstəyi

  • Ətraf mühitin mühafizəsi üzrə analiz və hesabatlar (ƏMTQ, SEQ, laborator analizlər və s.)

  • Texniki təhlükəsizlik üzrə avadanlıqların yoxlanması və sertifikatlaşdırılması

  • İş yerlərinin attestasiyası

  • Rəqəmsal SƏTƏM idarəetmə sistemləri və mobil tətbiqlər

  • Ümumi SƏTƏM, yanğın təhlükəsizliyi, ilk yardım və fövqəladə hallarda hazırlıq təlimləri

 

Əlavə Təhlükəsizlik Həlləri

SƏTƏM xidməti ilə yanaşı, biz həmçinin daxili mentorluq proqramları, təlim registerlərinin idarəsi, qəza və insident araşdırmaları, eləcə də təchizatçı auditləri üzrə dəstək göstəririk. Məqsədimiz müəssisələrdə işçi sağlamlığını qorumaqla yanaşı, uzunmüddətli təhlükəsizlik strategiyalarını inkişaf etdirməkdir.

Əməkdaşlıq etmək istədiyiniz halda, sizinlə ətraflı görüş keçirməyə və ehtiyaclarınıza uyğun fərdi təklif hazırlamağa hazırıq.

 

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın:

📲 +994 55 512 22 52
📲 +994 77 255 02 14
📍 Bakı şəh., Neftçilər pr.103
📩 [email protected]