Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC Gəncədə Gəncə şəhərində işəgötürənləri üçün “istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisədən sığorta” mövzusu ilə bağlı görüşdə təmsil olundu.

Fevralın 29-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Gəncə şəhərində bu şəhərin, eləcə də Samux, Göygöl, Naftalan və Daşkəsən rayonlarının işəgötürənləri üçün “istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisədən sığorta” mövzusu ilə bağlı görüş keçirib.

Görüş zamanı işə götürənlərə istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, qabaqlayıcı tədbirlər və uçota alınması haqqında məlumatlar verilmişdir.

Görüşdə “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin Gəncə filialının rəhbəri Vüsal Cəfərovun çıxışı olmuşdur. Çıxış zamanı Vüsal Cəfərov tərəfindən işə götürənlərin məsuliyyəti, işçinin haqqları, bədbəxt hadisələrin səbəbi, kök səbəblərin analizi, bədbəxt hadisələrin qarşısının alınması istiqamətində preventive tədbirlərin görülməsi və “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC  bu istiqamətdə fəaliyyəti barədə məlumatlar verilmişdir.