“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-yə yeni baş direktor təyin edildi.
İbrahim Zeynallı 21 oktyabr 2024-cü il tarixindən etibarən “IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin baş direktor vəzifəsinə təyin edilib.
O, bakalavr təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq biznes üzrə (MBA) tamamlayıb. Bununla yanaşı, ABŞ-nin “Washington University of Science and Technology” (WUST) Universitetində biznesin idarə olunması üzrə ikinci magistr təhsili alıb.
Peşəkar karyerasına 2012-ci ildə Hollandiyanın “OceanNet BV” şirkətində satış layihələri üzrə koordinator olaraq başlayan İbrahim Zeynallı 2017 – 2019-cu illərdə ABŞ-nin Texas ştatında yerləşən “The FIX by PeaceGroup” şirkətində layihə üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2019 – 2024-cü illərdə isə “AzerGold” QSC-də müxtəlif vəzifələrdə çalışıb, ən son layihə meneceri vəzifəsini icra edib.