“IST Services Əlavə Təhsil Mərkəzi” MMC tərəfindən “Sağlamlıq və Əməyin Təhlükəsizliyi” mövzusunda seminar keçirilib.
31 iyul tarixində “IST Services Əlavə Təhsil Mərkəzi” MMC tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Sağlamlıq və Əməyin Təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Tədbirin məqsədi iş yerlərində təhlükəsizliyin artırılması, risklərin idarə olunması və işçilərin sağlamlığının qorunması sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi olub.
Seminar zamanı “IST Services Əlavə Təhsil Mərkəzi” MMC--in təlimçi mütəxəssisi Samir Allahverdiyev əməyin təhlükəsizliyi ilə bağlı aktual məsələlərə toxunub. Təlimdə iştirakçılar iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, risklərin effektiv idarə olunması və əməyin təhlükəsizliyini təmin edəcək strategiyalar barədə geniş məlumat əldə edib. Həmçinin, işçilərin sağlamlığını qorumaq və təhlükəsizlik standartlarının effektiv tətbiqini təmin etmək üçün nəzərdə tutulmuş müasir yanaşmalar təqdim edilib.
Tədbir iştirakçıları mövzunun aktuallığını vurğulayıb və təqdim edilən biliklərin praktik tətbiqinə dair öz fikirlərini bölüşüb. Seminar zamanı yaranan interaktiv müzakirələr və təcrübə paylaşımı iştirakçıların mövzu ilə bağlı anlayışlarını daha da dərinləşdirib.