“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin sponsorluğu ilə Dəniz Mall-da yerləşən Kinderland ərazisində yeni tikinti sahəsinin açılışı keçirilib. | IST.EDU.AZ - təhlükəsizlik təlimləri
Şirkət üçün dəyərlər hərşeydir

Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin sponsorluğu ilə Dəniz Mall-da yerləşən Kinderland ərazisində yeni tikinti sahəsinin açılışı keçirilib.

“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin sponsorluğu ilə Dəniz Mall-da yerləşən Kinderland ərazisində uşaqlar üçün təhlükəsizlik qaydalarını öyrədən yeni tikinti sahəsinin açılışı keçirilib.

Açılış mərasimində şirkətin baş direktoru İbrahim Zeynallı və Caspian Entertainment Company şirkətinin baş icraçı direktoru Kamran Əsədov tərəfindən lent kəsilib və uşaqlar üçün təhlükəsizlik qaydalarının əyani şəkildə öyrədilməsi məqsədilə yaradılmış bu xüsusi məkan istifadəyə verilib.

Bu layihənin əsas məqsədi uşaqlarda hündürlükdə görülən işlərə dair təhlükəsizlik qaydalarına erkən yaşlardan fərqindəlik yaratmaq və onları təhlükəsiz iş bacarıqları ilə tanış etməkdir. Uşaqlar burada təhlükəsizlik qaydalarını təcrübəli şəkildə öyrənir; müxtəlif maneələrdən keçərək, toxunaraq və hiss edərək qaydaları mənimsəyirlər.

“IST Services” olaraq təhlükəsizlik ən əsas prioritetimizdir və bu sahə uşaqlara təhlükəsizlik mövzusunda bilik və bacarıqlar qazandırmaq məqsədilə yaradılıb