“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin maliyyə dəstəyi ilə ATU-da yeni auditoriya istifadəyə verilib | IST.EDU.AZ - təhlükəsizlik təlimləri
Şirkət üçün dəyərlər hərşeydir

Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

“IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin maliyyə dəstəyi ilə ATU-da yeni auditoriya istifadəyə verilib

6 sentyabr 2024-cü il tarixində “IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin maliyyə dəstəyi ilə Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida Mühəndisliyi fakültəsində Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə ixtisaslaşmış yeni auditoriyanın açılışı baş tutub.

Tədbirdə ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov və “IST Services” MMC-nin Baş direktoru Orxan Xəlilzadə iştirak edib. Açılış mərasimində lent kəsilərək auditoriya rəsmi olaraq istifadəyə verildi.

Tədbir zamanı ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov və “IST Services” MMC-nin Baş direktoru Orxan Xəlilzadə bu təşəbbüsün Azərbaycan texnologiya sektorunda peşəkar kadr hazırlığına mühüm töhfə verəcəyini vurğulayıb. Auditoriyanın yaradılmasının tələbələrin praktiki bacarıqlarının artırılmasına və onların təhlükəsizlik sahəsində müasir biliklər əldə etməsinə imkan yaradacağını bildiriblər.