Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-də “Dənizçi günü” peşə bayramı münasibətilə tədbir keçirilib.

25 iyun "Dənizçi günü" münasibətilə “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin dənizçilik təlimləri ofisində təlimçilərimizin və təlimlərin təşkilini həyata keçirən əməkdaşlarımızın iştirakı ilə tədbir təşkil edilib. Tədbir zamanı təlimlərin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin təmin edilməsi və digər vacib məsələlər müzakirə edilib.

Tədbirin sonunda direktorumuz Orxan Xəlilzadə "Dənizçilərin hazırlanması və sertifikatlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, verdiyi töhfəyə və məhsuldar əməyinə görə" bir sıra əməkdaşlara xüsusi sertifikat təqdim etmiş və xatirə şəkli çəkdirib..

Həmin gün həmçinin, Sıravi heyət mütəxəssislərinin hazırlığının həyata keçirildiyi Lənkəran filialımızda Dənizçi Günü xüsusi olaraq qeyd edilib. Filialımızın əməkdaşlarına fəaliyyətlərinə görə təşəkkürnamə təqdim edilib.