“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC 5 İllik yubileyində yenilənmiş loqosunu təqdim etdi.
9 yanvar 2025-ci il tarixində “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin 5 illik yubileyi münasibətilə keçirilən tədbirdə şirkətin yeni loqosu təqdim olundu. Bu mühüm tədbir şirkətin keçdiyi uğurlu yola nəzər salmaq, əldə edilən nailiyyətləri vurğulamaq və gələcək hədəfləri açıqlamaq məqsədi daşıyıb. Yenilənmiş loqo “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-in modernləşmə, innovasiya və müştəri məmnuniyyətinə sadiqliyini əks etdirərək, onun qlobal miqyasda rəqabət qabiliyyətini artırmağa yönəlmiş strateji inkişaf hədəflərini vurğulayır.
Yeni loqotip və vizual üslub şirkətin əsas dəyərləri olan peşəkarlıq, yenilikçilik və davamlılıq prinsiplərini özündə birləşdirir. Brendin rebrendinq prosesi həm şirkətin mövcud tərəfdaşları ilə əlaqələrini möhkəmləndirmək, həm də yeni bazarlarda fəaliyyətini genişləndirmək məqsədini güdür.