IST-in Laçında "Caspian Technology Supply" MMC ilə əməkdaşlıq səfəri
3 sentyabr tarixində “Caspian Technology Supply” MMC-nin dəvəti ilə şirkətimizin baş direktoru İbrahim Zeynallı, SƏTƏMM şöbəsi və Təlim şöbəsinin əməkdaşları Laçın rayonunda tikintisi davam edən su elektrik stansiyasında olmuşlar.
Görüş zamanı layihə barədə ətraflı məlumat təqdim edilmiş, iş yerində təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, şirkətimiz tərəfindən “Caspian Technology Supply” MMC-nin SƏTƏMM strategiyası və təlim ehtiyacları müəyyənləşdirilmişdir.