IST-in Kinderland Tədbiri – Tərəfdaş Şirkətlərin Uşaqları üçün Əyləncə Günü
17 noyabr tarixində “Deniz Mall”da yerləşən Kinderland əyləncə mərkəzində IST-in dəvəti ilə əməkdaşlıq etdiyi şirkətlərin övladları üçün xüsusi tədbir təşkil olunub. Tədbirin məqsədi tərəfdaş şirkətlərin ailələri üçün mehriban və sosial mühit formalaşdırıb, uşaqlara isə maraqlı və təhlükəsiz şəkildə vaxt keçirmə imkanı yaradıb.
Görüş çərçivəsində balacalar müxtəlif interaktiv və tematik oyun zonalarında iştirak edib, bir-biri ilə ünsiyyət qurub və əyləncəli fəaliyyətlərlə günlərini xoş keçirib. Tədbir valideynlər üçün də əməkdaşlıq münasibətlərinin sosial müstəvidə möhkəmlənməsi baxımından faydalı imkan yaradıb.