İbrahim Zeynallı ilə Antanas Makarevicius arasında görüş keçirilib.
25 noyabr tarixində “IST Services Əlavə Təhsil Mərkəzi” MMC-nin baş direktoru İbrahim Zeynallı ilə Latviyanın "STC Ltd" (“Sertifikasiya və İnspeksiya Mərkəzi” MMC) şirkətinin İdarə Heyətinin üzvü Antanas Makarevicius arasında görüş keçirilib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və gələcək illərdə innovativ layihələr əsasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.