İlməkçi və Siqnalçı
İlməkçi və Siqnalçı
İlməkçi və Siqnalçı Təlimi
İlməkçi və Siqnalçı təlimi, sənaye və tikinti sahələrində yükqaldırma əməliyyatlarının təhlükəsiz, dəqiq və beynəlxalq SƏTƏM (HSE) standartlarına uyğun şəkildə həyata keçirilməsini təmin edən mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuşdur. Bu proqram kran operatoru ilə yerdəki personal arasında qüsursuz koordinasiya yaratmağı və qaldırma avadanlıqlarının düzgün idarə olunmasını öyrədir.
Təlim Haqqında Əsas Məlumatlar:
-
Müddət: 1-3 Gün (Ümumi 15 saatlıq proqram)
-
Tədrisin bölgüsü: 10 saat nəzəri təlim, 5 saat praktiki məşğələ
-
Qrup tərkibi: Maksimum 8 nəfər (təhlükəsizlik və hər iştirakçıya fərdi yanaşma üçün)
-
Təlimin dili: Azərbaycan / Rus / İngilis
Təlimin Məqsədi və Hədəf Qrupu:
-
Hədəf Qrupu: Yükqaldırma əməliyyatlarında birbaşa iştirak edən işçilər (ilməkçilər, siqnalçılar, sapançılar və sahə nəzarətçiləri).
-
Məqsəd: Təlim materiallarını iştirakçılara tam və geniş şəkildə izah etmək, nəzəri bilikləri 5 saatlıq xüsusi praktiki məşğələdə real iş şəraitinə tətbiq edərək təhlükəsiz iş vərdişləri formalaşdırmaq.
Tədris Proqramına Daxildir (15 Saatlıq Modul):
Kurs yükqaldırma əməliyyatlarının bütün mərhələlərini əhatə edən ardıcıl modullardan ibarətdir:
1. Təhlükəsizlik və Qanunvericilik:
-
Təhlükəsizlik haqqında ümumi məlumat və təlimin hədəfləri.
-
LOLER Qanunu (Lifting Operations and Lifting Equipment Regulations): Yükqaldırma əməliyyatları üzrə beynəlxalq qanunvericilik və tələblər.
-
Risklərin dəyərləndirilməsi (Risk Assessment) və idarə olunması.
2. Əməliyyatların Planlaşdırılması və Hesablamalar:
-
Yükqaldırma əməliyyatının və avadanlıqlarının düzgün seçilməsi.
-
Əməliyyatın addım-addım planlaşdırılması.
-
Yükün çəkisinin müəyyən edilməsi və dəqiq hesablanması.
3. İcra və Kommunikasiya:
-
Kran operatorlarına verilən beynəlxalq standartlara uyğun əl və səs işarələri (Siqnallar).
-
Takelaj anbarı: Avadanlıqların düzgün saxlanılması və istismara qədər qorunması qaydaları.