Dəmirbəndin Təhlükəsiz Quraşdırılması və Sökülməsi 

Dəmirbəndin Təhlükəsiz Quraşdırılması və Sökülməsi 

Dəmirbəndin Təhlükəsiz Quraşdırılması və Sökülməsi 

Dəmirbəndin təhlükəsiz quraşdırılması və sökülməsi təlimi, personala müxtəlif növ iskele quruluşları, onların təhlükəsiz istifadəsi və hündürlükdə iş zamanı risklərin idarə olunması haqqında həm nəzəri, həm də praktiki biliklər vermək üçün nəzərdə tutulmuşdur.

Təlim Haqqında Əsas Məlumatlar:

  • Müddət: Ehtiyaca uyğun olaraq 1, 2 və ya 3 günlük proqramlar təklif olunur.

  • Qrup tərkibi: 6-10 nəfər.

  • Təlimin dili: Azərbaycan / Rus / İngilis.

 

Sertifikat və Akkreditasiya:

Təlimi uğurla başa vuran iştirakçılara 2 il müddətinə etibarlı olan xüsusi sertifikat təqdim olunur.Sertifikatın Formatı: Bu sertifikat Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayədə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Elmi-Tədqiqat İnstitutu ilə Industrial Support and Training Services (IST) Əlavə Təhsil Mərkəzi arasındakı birgə əməkdaşlıq çərçivəsində verilir. Sənəd Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına və beynəlxalq standartların tələblərinə tam uyğundur.

Hədəf Qrupu və Məqsəd:

Bu kurs müxtəlif növ iskele (dəmirbənd) sistemləri üzərində işləyən, onların quraşdırılmasına və sökülməsinə məsul olan personal üçün nəzərdə tutulub. Təlim mühazirə, əyani nümayişlər və qrup müzakirələri vasitəsilə keçirilir.

Təlim Proqramına Daxildir:

  • Dəmirbəndlərin növləri: Müxtəlif konstruksiyalar və tikinti tələbləri.

  • Qanunvericilik: Yerli normalar və qabaqcıl sənaye təcrübələri.

  • Yoxlama və texniki xidmət: İskelelərin sazlığının yoxlanılması meyarları.

  • Hündürlükdə işin əsasları: Təhlükəsiz hərəkət və yıxılmadan qorunma.

  • Düşən obyektlərdən qorunma: Təhlükəsizlik xüsusiyyətlərinin tətbiqi.

  • Yük qabiliyyəti və Tag sistemi: Dəmirbəndlərin yükgötürmə imkanları və yoxlama nişanlarının (tag) quraşdırılması.

  • Təsərrüfat işləri: İş sahəsində nizam-intizamın və təmizliyin əhəmiyyəti.