Takelajçı (İlməkləyici) İxtisasartırma Təlimi

Takelajçı (İlməkləyici) İxtisasartırma Təlimi

Takelajçı (İlməkləyici) Peşəsi Üzrə İxtisasartırma Təlimi

Takelajçı peşəsi üzrə ixtisasartırma təlimi, sənaye və tikinti sahələrində yükqaldırma və daşıma əməliyyatlarını həyata keçirən işçilərin peşəkar bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu kurs ən son təhlükəsizlik qaydalarını mənimsətmək və avadanlıqlarla işləmə texnikasını daha da inkişaf etdirərək iş yerində qəza risklərini sıfıra endirməyə xidmət edir.

Təlim Haqqında Əsas Məlumatlar:

  • Müddət: 1-3 Gün 

  • Qrup tərkibi: Maksimum 8 nəfər (təhlükəsizliyi və fərdi yanaşmanı təmin etmək üçün).

  • Təlimin dili: Azərbaycan / Rus / İngilis.

Təlimin Məqsədi və Hədəf Qrupu:

  • Hədəf qrupu: Sıravi işçilər – yükqaldırma əməliyyatlarında çalışan və ya bu sahədə ixtisasını artırmaq istəyən personal.

  • Məqsəd: Takelajçı peşəsinin dərinliklərini öyrətmək, mövcud vərdişləri yeniləmək və iş prosesində təhlükəsiz icra prinsiplərini formalaşdırmaq.

Tədris Proqramına Daxildir (24 Saatlıq Modul):

  • Yükqaldıran kranlar, qurğu və mexanizmlər haqqında ümumi məlumat.

  • İlməklərin növləri və istifadəsi: Polad buraz, zəncir və sintetik ilməklər.

  • Xüsusi avadanlıqlar: Traverslər, xüsusi yüktutan kəlbətin və ekssentrik qurğular, sprederlər.

  • Tutucular: Maqnitlər, elektromaqnitlər və vakuum tutucuların iş prinsipləri.

  • Qaldırıcı mexanizmlər: Montaj blokları, polispastlar, bucurqad, lövbər, domkratlar, tallar və elektrik talları.

  • İşin planlaşdırılması: Takelaj və ilməkləmə işlərinə hazırlıq, hərəkət etdirilən yükün xarakteristikası.

  • Yüklərin yığılması: Meydançaya, altlıqlara və ara qatlarına dair tələblər.

  • Əməliyyatın icrası: Yüklərin ilməklənmə sxemi, ilişmə, sarınma, nəql olunma və devrilmə üsulları.

  • Təhlükəsizlik və Əlaqə: Əlaqə və siqnal üsulları, yüklərin markalanması, davranma nişanları və təhlükəsizlik tədbirləri.