Vakansiyalar.

Ana səhifə / Career IST / Vakansiyalar

Varco Avadanlıqlarının İnspeksiyası üzrə Təlimçi

Son müraciət tarixi: 28.02.2026

Əmək haqqı: demo dərs əsasında müəyyənləşdirilib 1 təlim gününün ödənişi ₼

İş formatı: Ştatdankənar (Freelance)
Müqavilə növü: Xidmət müqaviləsi
Təlim formatı: Nəzəri və praktiki (ərazi və ya sinif şəraitində)
Ödəniş: 1 təlim gününün ödənişi demo dərsin nəticələrinə əsasən müəyyən edilir

Vəzifənin təsviri:

Təlimçi Varco avadanlıqlarının inspeksiyası üzrə peşəkar təlim proqramının hazırlanması və keçirilməsinə cavabdeh olacaqdır. Təlimlər nəzəri biliklərlə yanaşı praktik yoxlama məşğələlərini də əhatə etməlidir.

Təlim mövzuları:

Təlim aşağıdakı istiqamətləri əhatə etməlidir:

Varco avadanlıqları haqqında ümumi məlumat

Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları

Varco avadanlıqlarının əsas növləri

İnspeksiya növləri və mərhələləri

Vizual və funksional yoxlama üsulları

Tipik nasazlıqların və qüsurların müəyyən edilməsi

Beynəlxalq və yerli standart və prosedurlara uyğunluq

İnspeksiya sənədlərinin düzgün doldurulması

Praktiki yoxlama məşğələlərinin təşkili və aparılması


İş şərtləri:

Ştatdankənar, layihə əsaslı əməkdaşlıq

Xidmət müqaviləsi əsasında iş

Təlim qrafiki qarşılıqlı razılaşma ilə müəyyən edilir

Demo dərs keçirilir və nəticəyə əsasən 1 təlim gününün ödəniş məbləği razılaşdırılır

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini [email protected]
elektron ünvanına göndərməlidirlər.

E-mail-in mövzu (subject) hissəsində təlimin adı qeyd olunmalıdır:
“Varco Avadanlıqlarının İnspeksiyası üzrə Təlimçi”

Qeyd: Uyğun namizədlər ilkin mərhələdə demo dərsə dəvət olunacaq, demo dərsin nəticələrinə əsasən ödəniş məbləği müəyyən ediləcək.