Xəbərlər.

Ana səhifə / Haqqımızda / Xəbərlər

SƏTƏM Kursuna Qeydiyyat Başladı!

SƏTƏM Hazırlıq Kursu

Karyeranızı SƏTƏM sahəsində inkişaf etdirmək üçün böyük fürsət!

“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC 2 aylıq Peşəkar SƏTƏM Hazırlıq Kursuna qeydiyyatın başladığını elan edir. Bu hazırlıq proqramı beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və iştirakçıların əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin mühafizəsi sahəsində yüksək səviyyəli nəzəri və praktiki biliklər əldə etməsini təmin etməyi hədəfləyir. Kursu uğurla bitirən iştirakçılara "Chartered Institute of Environmental Health" (CIEH) tərəfindən təsdiqlənmiş beynəlxalq sertifikat və 7 ədəd yerli FHN Təlim Metodikası təsdiqli sertifikat təqdim ediləcək.

 

Kursun məqsədi

  • İştirakçıların SƏTƏM üzrə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirmək

  • Sənaye və istehsalat müəssisələrində təhlükəsizlik standartlarını yüksəltmək

  • Beynəlxalq səviyyədə tanınan sertifikatlarla karyera imkanlarını genişləndirmək

 

Kimlər üçün uyğundur?

  • Təhlükəsizlik sahəsində çalışan və biliklərini artırmaq istəyən mütəxəssislər

  • Yeni karyera qurmaq və ya sahə dəyişmək istəyən şəxslər

  • Peşəkar təlimçilərdən öyrənmək istəyən tələbələr və gənclər

 

Kursun üstünlükləri

  • 7 yerli sertifikat

  • CIEH beynəlxalq sertifikatı (Chartered Institute of Environmental Health)

  • Beynəlxalq standartlara uyğun proqram

  • IST şirkətinin peşəkar və təcrübəli təlimçiləri

  • Praktiki məşğələlər və real iş mühitinə uyğun təlim

 

Təlimin sonunda əldə ediləcək faydalar

  • SƏTƏM sahəsində nəzəri biliklərin və praktiki bacarıqların mənimsənilməsi
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq qanunvericiliyin əsas tələblərinin öyrənilməsi
  • İş yerlərində SƏTƏM idarəetmə sistemlərinin effektiv qurulması və tətbiqi
  • SƏTƏM auditlərinin, yoxlamalarının və monitorinq proseslərinin düzgün aparılması bacarığının inkişafı
  • Potensial təhlükələrin aşkarlanması və risklərin qiymətləndirilməsi metodlarının tətbiqi
  • SƏTƏM üzrə sənədləşmənin hazırlanması və vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsi
  • İşəgötürənlərin gözləntilərinin və tələblərinin dərindən anlaşılması
  • Karyera inkişafı və iş müsahibələrinə hazırlıq üçün praktik bacarıqlar

 

Kursun metodikası və materiallar

  1. FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsdiqlənmiş metodika

  2. Azərbaycan Respublikası Əmək Qanunvericiliyi

  3. NEBOSH ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Əməyin mühafizəsi” təlim proqramı

  4. IOSH (Institution of Occupational Safety and Health) standartları

  5. AITT, IRATA, CİEH, LEEA beynəlxalq standartları

 

Təqdim ediləcək sertifikatlar

  1. Peşə sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit Mühafizəsi (SƏTƏM) 

  2. Sənayedə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi

  3. CİEH beynəlxalq sertifikatı

  4. Hündürlükdə işlərin təhlükəsiz görülməsi

  5. Hadisələrin araşdırılması

  6. Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi

  7. İlk yardım

  8. Yanğından mühafizə

 

Kursun proqramı və müddəti

  • 14 modul - nəzəri və praktiki təlimlər
  • Hər modul üzrə 3-4 saatlıq dərslər keçiriləcək

  • Hər bir modul nəzəri bilikləri və praktiki tətbiqləri özündə birləşdirir

Kursun müddəti

  • 2 ay / 52 saat

  • Təlimlər həftə içi axşam saatlarında (19:00–22:00) keçirilir

  • Onlayn və oflayn (canlı iştirakla) formatlarda təşkil olunur

 

Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.


📲 051 205 82 18
📲 077 255 02 14
📍Bakı şəh., Neftçilər pr.103
📩[email protected]