"Industrial Support and Training Services" (IST) Əlavə Təhsil Mərkəzinin Dənizçilərin Xüsusi Hazırlığı şöbəsinin müdiri Ayşən Yunusli 22 oktyabr 2026-cı il tarixində Hindistanın Mumbay şəhərində təşkil olunan nüfuzlu "7-ci Maritime SheEO" beynəlxalq konfransında iştirak edib.
Dənizçilik sektorunda qadınların liderlik mövqeyinin gücləndirilməsi, bərabər imkanların təşviqi, innovasiyaların tətbiqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunan tədbir dünyanın müxtəlif ölkələrindən olan dənizçilik mütəxəssislərini, sahə rəhbərlərini və nüfuzlu sənaye nümayəndələrini bir araya gətirib.