“Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC, sənaye müəssisələrində idarəetmə və istehsalat proseslərinin səmərəliliyini artırmaq məqsədilə “Metak” şirkətinin əməkdaşları üçün “Lean Manufacturing” təlimlərinə start verib.

Lean Manufacturing - istehsalatda səmərəliliyi artırmaq, itkiləri minimuma endirmək və müştəri üçün maksimum dəyər yaratmaq məqsədi daşıyan idarəetmə metodologiyasıdır. Bu yanaşmanın əsas məqsədi - “az resursla daha çox dəyər yaratmaq” prinsipinə əsaslanaraq istehsalat proseslərində çeviklik, keyfiyyət və davamlı inkişafı təmin etməkdir.

Bu təşəbbüs “Industrial Support and Training Services Əlavə Təhsil Mərkəzi” MMC-nin sənaye müəssisələrində davamlı inkişaf mədəniyyətinin formalaşdırılması, qabaqcıl idarəetmə yanaşmalarının tətbiqi və yerli mütəxəssislərin peşəkar inkişafına dəstək missiyasının növbəti addımıdır.