Hündürlükdə İş Təlimi - Working at Height Training
Hündürlükdə İş Təlimi - Working at Height Training
Hündürlükdə İş Təlimi - Working at Height Training
Hündürlükdə iş təlimi (Working at Height Training) — yüksək riskli mühitlərdə təhlükəsiz işləmək üçün nəzərdə tutulmuş peşəkar hazırlıq proqramıdır. Təlimin məqsədi işçilərə hündürlükdə işin təhlükəsizlik qaydalarını, fərdi qoruyucu avadanlıqların düzgün istifadəsini, risklərin qiymətləndirilməsini və fövqəladə vəziyyətlər zamanı tətbiq olunan xilasetmə prosedurlarını öyrətməkdir.
Təlim həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla, real iş şəraitində tələb olunan bütün davranış və bacarıqları formalaşdırır.
Hündürlükdə iş təlimi kimlər üçün nəzərdə tutulub?
Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti, eləcə də nəzarətçi, mühəndis, təhlükəsizlik üzrə məsul şəxs və texniki personal üçün nəzərdə tutulmuşdur. Hündürlükdə keçirilən istənilən işin təhlükəsiz icrası üçün bu təlim məcburi bilik bazası yaradır.
Təlimin Məqsədləri
Bu təlim iştirakçıların aşağıdakı əsas bacarıqlara yiyələnməsini təmin edir:
-
Hündürlükdə işin mahiyyətini və risk kateqoriyalarını anlamaq
-
İşin təhlükəsiz icrası üçün tələb olunan qaydaları bilmək
-
Avadanlıqlardan düzgün və məqsədəuyğun istifadə etmək
-
Riskləri müəyyən etmək və qarşısının alınması tədbirlərini tətbiq etmək
-
Fövqəladə vəziyyətlərdə xilasetmə və təxliyə əməliyyatlarını icra etmək
Təlimin Məzmunu (Working at Height Course Content)
Qaydalar və Normativ Tələblər
-
Hündürlükdə iş üçün hüquqi baza
-
Azərbaycan qanunvericiliyinin tələbləri (FHN Qaydaları)
-
Beynəlxalq standartlara uyğunluq (ILO, OSHA, EN)
-
İşəgötürən və işçinin məsuliyyətləri
Təhlükəsizlik Sistemləri və İş Prosedurları
-
İş başlamazdan əvvəl riskin qiymətləndirilməsi
-
Yüksək risk icazəsi (Work Permit) prosesinin mərhələləri
-
İş sahəsinin təcrid edilməsi
-
Monitorinq və nəzarət qaydaları
Risk Analizi və Maneə Yaradan Şərait
-
Səthin sürüşkənliyi və yük paylanması
-
Hava şəraitinin dəyişməsi
-
Platforma və iskelenin stabilliyi
-
Halat və ankraj nöqtələrinin potensial riskləri
-
İşçinin tarazlıq və psixoloji reaksiyası
Fərdi Qoruyucu Avadanlıq (PPE)
-
Avadanlığın seçilməsi və texniki yoxlanması
-
Kəmər, karabiner, absorber və halatların istifadəsi
-
Gündəlik və dövri inspeksiyalar
-
İstifadə məhdudiyyətləri və avadanlığın sıradan çıxma əlamətləri
Tipik Qəzalar və Onların Qarşısının Alınması
-
Nərdivanlardan yıxılma
-
İstifadə zamanı avadanlığın qopması
-
Səhv ankraj nöqtəsinə qoşulma
-
Platformadan alət və material düşməsi
Düyünlər və Asılı Yüklərlə İş
-
Əsas düyünlərin düzgün bağlanması
-
Yükün balanslaşdırılması
-
Asma sistemləri və təhlükəsiz idarəetmə
Kollektiv Mühafizə Sistemləri
-
Life-line quraşdırılması və yerdəyişməsi
-
İskele üzərində təhlükəsizlik nüansları
-
Kollektiv düşmə qarşısı alma sistemləri
Fövqəladə Vəziyyətlərdə Davranış və Xilasetmə Planı
Bu modul təlimin ən kritik hissəsidir və aşağıdakı bilikləri əhatə edir:
- Asılı vəziyyətdə qalan işçinin təhlükəsiz endirilməsi
- Xilasetmə dəstinin (Rescue Kit) tətbiqi
- Təxliyə marşrutunun planlanması
- Komanda daxilində rol bölgüsü
- 3–5 dəqiqəlik operativ müdaxilə qaydası
- Fövqəladə hal zamanı rabitə və koordinasiya
- Əsas ilkin tibbi yardım bilikləri